“Yol polisi ilə sürücü arasında yaranan mübahisənin təfərrüatları araşdırılır”

Hit: 293
“Yol polisi ilə sürücü arasında yaranan mübahisənin təfərrüatları araşdırılır”

Araşdırmanın nəticəsilə bağlı geniş məlumat veriləcək

Sosial şəbəkələrdə yol polisi ilə sürücü arasında yaranan mübahisənin təfərrüatları Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) araşdırılır. Bu barədə BŞBPİ-nin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, araşdırmanın nəticəsilə bağlı geniş məlumat veriləcək. 

Xatırladaq ki, sosial şəbəkələrdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olan polis zabitinin sürücüyə qayda pozuntusuna görə protokol tərtib etməsi prosesində polisin sürücü tərəfindən təhqir olunması barədə video yayılıb.









Redaktorun seçimi