AQTA ölkə ərazisində fitosanitar müşahidələri davam etdirir

Hit: 157
AQTA ölkə ərazisində fitosanitar müşahidələri davam etdirir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən fitosanitar müşahidələr davam etdirilir. AQTA mütəxəssisləri növbəti belə müşahidəni Füzuli rayonunda "Natural - Aqro" MMC-yə məxsus yeni əkilmiş 82 hektar badam bağlarında aparıblar.

Müşahidələr zamanı bir neçə badam ağacının yarpaqlarında soluxma və kök çürüməsinə rast gəlinib. Bununla bağlı olaraq, müvafiq profilaktik tədbirlər görülüb.

Qeyd edək ki, fitosanitar müşahidənin keçirilməsində məqsəd yeni salınan badam bağlarında zərərverici və xəstəliklərin olub-olmamasını müəyyən etməkdir.

 

 









Redaktorun seçimi