MİLLİ MUSİQİ GÜNÜ METROPOLİTENDƏ QEYD OLUNACAQ

Hit: 202
MİLLİ MUSİQİ GÜNÜ METROPOLİTENDƏ QEYD OLUNACAQ

Konsert proqramı dörd stansiyada təqdim ediləcək

Hər il olduğu kimi, bu il də "Bakı Metropoliteni" QSC, ənənəsinə sadiq qalaraq, 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək. Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-də sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq.
Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir. 
Budəfəki proqramda canlı musiqi "İçərişəhər", "Sahil", "28 May" və "Elmlər Akademiyası” stansiyalarında aşağıda göstərilən saatlarda səsləndiriləcək:
 
- “İçərişəhər” stansiyası – saat 11:00-12:30;
- “Sahil” stansiyası – saat 12:00-13:30.
- “28 May” stansiyası – saat 13:00-14:30;
- "Elmlər Akademiyası” stansiyası – saat 14:00-15:30.








Redaktorun seçimi