Diaspora sədri əl-Əzhər Universitetinin rektoru ilə görüşüb

Hit: 246
Diaspora sədri  əl-Əzhər Universitetinin rektoru ilə görüşüb

“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov dünyanın ən qədim və ən böyük universitetlərindən olan əl-Əzhər Universitetinin rektoru professor Məhəmməd əl-Məhrasavi ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında tarixi, mədəni və siyasi əlaqələrdən söhbət açılıb. S.Nəsirov xalqlarımız arasında əlaqələrin  inkişafında  Azərbaycan dilinin tədrisinin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bildirərək, Azərbaycan dilinin tədrisinə verdiyi dəstəyə görə cənab  Məhəmmədə öz təşəkkürünü bildirib. Diaspora sədri Azərbaycan dili və ədəbiyyatının tədrisində hər dəstəyi verməyə hazır olduğunu qeyd edib.

Görüşün ən əsas mövzülarından biri Azərbaycan İlahiyyat İnstitutu ilə əl-Əzhər Universiteti arasında əlaqələrin qurulması olub.

Seymur Nəsirovun  Azərbaycana etdiyi səfər çərçivəsində  Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovla görüşmüşüb. Rektorla  Azərbaycan İlahiyyat İnstitutu ilə Misir universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Aİİ-nin yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında ətraflı məlumat verən Ceyhun Məmmədov ali məktəbin xarici ölkə universitetləri ilə o cümlədən əl-Əzhər universiteti ilə əlaqələrinin qurulmasında maraqlı olduğunu qeyd edib.

Cənab Məhəmməd Azərbaycanın Misirlə dost və qardaş ölkə olduğunu bildirərək hər zaman Azərbaycan universitetləri ilə əməkdaşlıq etməyə və əl-Əzhər universitetində təhsil alan azərbaycanlı tələbələrə lazımi dəstəyi verməyə hazır olduğunu qeyd edib.

Sonra Rektor Əl-Əzhər universitetində təhsil alan tələbələrə verdiyi dəstəyə görə S. Nəsirova öz təşəkkürünü bildirmişdir.

Görüşdə prorektor Dr. Əşrəf Atiyya da iştirak edib.

Qeyd edək ki, ƏL-Əzhər Universiteti 972-ci ildə fəaliyyəta başlayıb və hal-hazırda dünyanın 115 ölkəsindən olan tələbə orada təhsil alır. Adı çəkilən universitetdə tələbələrin ümumi sayı  yüz minlərlədir. Bu unversitetin Humanitar fənnlər fakültəsində 300 dən çox tələbəyə Azərbaycan dili tədris olunur. Tədrisi diaspora sədrinin köməkçisi İnarə Osmanova aparır.

 









Redaktorun seçimi