AzTV loqosunu DƏYİŞDİ

Hit: 298
AzTV loqosunu DƏYİŞDİ

Azərbaycan Televiziyası daha bir yeniliiyə imza atıb. AzTV, “Mədəniyyət” və “İdman Azərbaycan” telekanallarının neçə illərdir ekranın bir küncündə yapışıb qalmış loqosu bu gün yenisi ilə əvəz olunub.

Bu barədə televiziyadan məlumat verilib.

“Bildiyimiz kimi logotip ad, simvol, işarə və ticarət nişanı mənalarını özündə birləşdirir. Bu işarə aid olduğu şirkət və ya individual aktivliyin mahiyyətinin qrafik səviyyədə təmsil edir.

Loqo ilk baxışdan diqqəti cəlb etməli, sadə və dərhal yaddaşlarda qalma effektinə malik olmalıdır. Az.TV, “Mədəniyyət” və “İdman Azərbaycan” telekanallarının professional şəkildə hazırlanmış yeni logoları da bu qəbildəndir. Loqoların rənglərinin ümumiləşmiş forması Azərbaycan bayrağının rənglərini özündə birləşdirir. Eyni zamanda simvol olaraq daim irəliləyən, yenilənən mənasını özündə kəsb edir”,-deyə AzTV-nin məlumatda vurğulanıb.

Yeni loqodan göründüyü kimi, “İdman Azərbaycan” telekanalı bundan sonra "İdman" TV adlanacaq. (modern.az)









Redaktorun seçimi