Neftçala polisi aztəminatlı ailələrin məktəbli uşaqlarına sevinc bəxş edib

Hit: 248
Neftçala polisi aztəminatlı ailələrin məktəbli uşaqlarına sevinc bəxş edib

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Neftçalada bir qrup aztəminatlı ailələr ikiqat bayram sevinci yaşayıb. Bir tərəfdən Neftçala RPŞ-nin əməkdaşlarının məktəbli övladlarına hədiyyələr verməsi, digər tərəfdən isə yeni tədris ilinin başlanması. Həmişə ictimai asayişin qorunmasında seçilən, insanların təhlükəsizliyini təmin edən rayon polisi bu dəfə aztəminatlı ailələrinin övladlarına göstərdikləri diqqətlə fərqləniblər. Belə ki, rayon ərazisində yaşayan aztəminatlı ailələrin gözləmədikləri halda onların evlərinə baş çəkib, məktəbli övladlarına çanta, məktəbli geyimi və lazım olan digər ləvazimatları hədiyyə veriblər. Məktəbli uşaqlar polis əməkdaşlarının onlara göstərdikləri bu qayğı və diqqətə cavab olaraq dərslərini yaxşı oxuyacaqlarına, biliklərə yiyələnməklə respublikamızın adını hər yerdə uca tutacaqlarına, Vətənə, torpağa layiq övlad olacaqlarına söz veriblər. Valideynləri isə öz növbəsində DİN və Neftçala RPŞ-nin rəhbərliyinə təşəkkür ediblər.









Redaktorun seçimi