Metropolitençilərin birincilərə bayram sürprizi

Hit: 345
Metropolitençilərin birincilərə bayram sürprizi

Kiçik yaşlı məktəblilərə hədiyyələr təqdim olunub

Bu gün ölkəmizdə bütün təhsil ocaqlarında yeni tədris ili başlanır. Ənənəsinə sadiq qalan “Bakı Metropoliteni” QSC bu dəfə də Bilik Günündə birinci sinfin partası arxasına əyləşən kiçik yaşlı sərnişinlərinə sürpriz edib. Birincilər üçün xüsusi əlamətdar gündə metro stansiyalarının platformaları və vestibüllərində keçirilən aksiyanın məqsədi metrodan istifadə edərək məktəbə ilk qədəmlərini qoyan, bugündən metropolitenin daimi sərnişinlərinə çevrilən məktəbliləri təbrik etmək, onlara dərs ilində uğurlar arzulamaq və kiçik hədiyyələri təqdim etmək olub. Metropolitenin bir qrup əməkdaşı “İçərişəhər “ stansiyasında ilk dərs günündən sonar stansiyaya daxil olan birinci sinif sagirdlərini qarşılayıb. Onların ilk dərs günü ilə bağlı təəssüratlarını soruşub,arzu və diləklərini çatdırıb, tövsiyyələrini veriblər. Layihə sərnişinlər tərəfindən ovqatı yüksəldən hal kimi rəğbətlə qarşılanıb. Daha sonra tədbir  musiqili proqramla, birincilərin görüşünə gələn böyük oyuncaq və tarazlayıcının stansiya vestibülündəki əyləncəli proqramıyla davam edib.









Redaktorun seçimi