Sabunçuda bütün məktəblər yol polisinin nəzarətindədir - VİDEO

Hit: 228
Sabunçuda bütün məktəblər yol polisinin nəzarətindədir - VİDEO

Şagirdlərə maarifləndirici kitabçalar, müxtəlif məktəb ləvazimatları hədiyyə olunub

Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar orta məktəblərin ərazisinə nəzarət gücləndirib. DYP əməkdaşları məktəblərin qarşısındakı piyada keçidlərinin yenilənməsi, yol nişanlarının qaydaya salınmasını təmin edərək həmçinin maarifləndirici aksiyalar təşkil edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış və maarifləndirici şüarlar əks olunan plakatlar rayon ərazisindəki məktəblərin önünə vurulub. Yol polisi əməkdaşları müəlllimlər və valideynlərə söhbətlər aparıb. Bildirilib ki, azyaşlı şagirdlər nəzarətsiz buraxılmamalı, piyada keçidlərindən istifadə edilməli, dərslərdə şagirdlərə yol hərəkəti qaydaları haqqında məlumat verilməlidir. 

Şagirdlərə yol polisi tərəfindən hazırlanmış maarifləndirici kitabçalar, müxtəlif məktəb ləvazimatları hədiyyə olunub.

 

 









Redaktorun seçimi