Binəqədi DYP məktəblərdə təbliğat işlərinə belə başladı - VİDEO

Hit: 235
Binəqədi DYP məktəblərdə təbliğat işlərinə belə başladı - VİDEO

Yol polisi əməkdaşları müəlllimlər və valideynlərə təbliğat xarakterli söhbətlər aparıb

Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar orta məktəblərdə maarifləndirici aksiyalar keçirib. DYP əməkdaşları Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış və maarifləndirici şüarlar əks olunan plakatları rayon ərazisindəki məktəblərin önünə vurub.

Yol polisi əməkdaşları müəlllimlər və valideynlərə təbliğat xarakterli söhbətlər aparıb. Yol hərəkəti qaydaları şagirdlərə izah edilib. Valideynlərə tövsiyə olunub ki, avtomobillərini məktəblərin önündə saxlamasınlar. 

Şagirdlərə yol polisi tərəfindən hazırlanmış maarifləndirici kitabçalar, müxtəlif hədiyyələr verilib. 









Redaktorun seçimi