Polkovnik Vaqif Əsədov - “Filankəsəm” deyənlər, qaydalar hamı üçündür!”

Hit: 350
Polkovnik Vaqif Əsədov - “Filankəsəm” deyənlər, qaydalar hamı üçündür!”

Daxil olan ərizələrin biri, yaxud ikisi haqlı olur

“Dövlət Yol Polisi İdarəsinə gün ərzində 20-27 irad, təklif və şikayət ərizəsi daxil olur”. 
 
Bunu News24.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib. 
Onun sözlərinə görə, daxil olmuş hər bir şikayət, ərizə və təklif sonadək araşdırılır: “Daxil olan ərizələrin biri, yaxud ikisi haqlı olur. Haqlı müraciətlərdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülür. Bu gün vətəndaş - polis münasibətlərinin formalaşması ərizələrin vaxtında və düzgün baxılmasının nəticəsidir”. 
 
Vaqif Əsədovun sözlərinə görə, getdikcə yol hərəkətində mədəniyyət səviyyəsi yüksəlir, bu da yol hadisələrinin azalmasına təsir göstərir: «Bu gün Dövlət Yol Polisindən təhlükəsizlik tədbirlərinin keçirilməsinin tələb edilməsi bir qədər ədalətsizlik olar. Çünki polis onsuz da, vəzifəsini yerinə yetirir, dövlət qarşısında hesabat verir. Ancaq hesab edirəm ki, təkcə yol polisi deyil, evlərdə valideynlər, məktəblərdə müəllimlər, yollarda isə biz hərəkət iştirakçılarının üzərinə böyük məsuliyyət düşür. Bəzən “tələsirəm”, “filankəsəm” kimi ifadələrin işlədilməsi təəssüf ki, əvəllər tez-tez olurdu. Sözsüz ki, biz çalışırıq belə hallar baş verməsin. 
 
" “Qaydalar hamı üçündür” - prinsipini bir daha sizin vasitənizlə hər kəsə çatdırıram. Belə ifadələri işlətməklə məsuliyyətdən yayınmaq istəyən hər kəsə də tövsiyəmiz budur". 








Redaktorun seçimi