Mingəçevirdə yol polisi qabaqlayıcı tədbirlər həyata keçirib

27 dəfə oxunub
Mingəçevirdə yol polisi qabaqlayıcı tədbirlər həyata keçirib

Mingəçevirdə yol polisi qabaqlayıcı tədbirlər həyata keçirib

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yeni tədris ilinin başlanması ilə əlaqədar baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində 8 istiqamətdə köhnə piyada keçidi nişanları müasir işıqlandırma imkanlarına malik günəş panelli nişanlarla əvəzlənib, 35-dən artıq piyada keçidi rənglənib. Nəqliyyatın sıx olduğu təhsil müəssisələrinin yaxınlığında isə yeni zolaqlar salınıb.

 



Redaktorun seçimi