İqtisadiyyat Nazirliyinin komandası qalib oldu

28 dəfə oxunub
İqtisadiyyat Nazirliyinin komandası qalib oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin ilk DOST Mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual turniri keçirilib.

Turnirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, bankların, kütləvi informasiya vasitələrinin, könüllü təşkilatların nümayəndələrindən, həmçinin pensiyaçılar və əlilliyi olan şəxslərdən ibarət komandalar yarışıblar. Ümumildə isə, 3 turdan ibarət turnirdə hər birində 6 nəfər olmaqla 50-yə yaxın komanda iştirak edib. Bütün turlarda ən yaxşı nəticə göstərən İqtisadiyyat Nazirliyinin komandası turnirin qalibi adını qazanıb və “DOST kuboku”nun sahibi olub..



Redaktorun seçimi