Bu yolda nişanlar olmadığı üçün ara küçə baş yol halını alıb

20 dəfə oxunub
Bu yolda nişanlar olmadığı üçün ara küçə baş yol halını alıb

Yolun sonunda heç bir nişan olmadığından yola birləşən ara küçəyə məcburən yol verilir

Xırdalan şəhərində Əvəz Şərifov və Qalyubiyyə küçələrinin birləşmə hissəsində yol nişanlarının olmadığından sürücülərdə çaşqınlıq yaranır. Sürücülər qeyd ediblər ki, Əvəz Şərifov küçəsindən üzü Qalyubiyyə küçəsinə tərəf hərəkət edikdə, yolun sonunda heç bir nişan olmadığından yola birləşən ara küçəyə məcburən yol verilir.

Bu da bəzən sürücülər arasında mübahisəyə və bəzəndə tıxaca səbəb olur. Bu və başqa bu kimi Bakının bəzi küçələrində yol nişanlarının olmaması sürücülərin haqlı narazılığına səbəb olur. Ümumiyyətlə bu kimi halların qarşı necə alınmalıdır?

Bununla bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, təkcə Xırdalan şəhərində deyil, şəhərin mərkəz küçələrindən kənar küçələrdədə xeyli nişan çatışmamazlıqları var: "Xırdalan kimi intensiv hərəkəti olan bir şəhərdə keçmə növbəliliyinin nişanlarla müəyyən olunmaması, şübhəsiz ki sürücülər arasında qeyri müəyyənlik yaradır. Kimin üstünlüyə malik olması aydın olmadığından həm yol nəqliyyat hadisələri yaranır, həm sürücülər arasında mübahisələr, hətta bəzəndə bu səbəbdən tıxaclarda yaranır. Ona görədə bütün küçələr, bütün yollar həmin ərazidə məsul olan dövlət qurumları tərəfindən, xüsusəndə həmin ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən təhlil olunmalı və müvafiq dövlət orqanlarına təkliflər verilməlidir. Həmin təkliflərə uyğun olaraq real yol şəraitinə uyğun hərəkətin təşkili ilə bağlı bütün nişanlar, və digər texniki vasitələr tətbiq olunmalıdır ki, bu kimi qeyri müəyyənliklər olmasın."- deyə yol hərəkəti üzrə ekspert Ə. Hüseynov qeyd edib.

 



Redaktorun seçimi