Baş nazirdən müəllimlərin dərs yükü ilə bağlı - QƏRAR

140 dəfə oxunub
Baş nazirdən müəllimlərin dərs yükü ilə bağlı - QƏRAR

Baş nazir Novruz Məmmədov “Təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normalarının müəyyən edilməsi haqqında” qərar verib.

 Faktor.az-ın məlumatına görə, qərarda deyilir:

  • “Təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli 215 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1043; 2013, № 12, maddə 1646; 2018, № 8, maddə 1812, № 10, maddə 2173, №12 (II kitab), maddə 2739) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından və 1-ci hissəsinin birinci abzasından “(dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və 2 bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla)” sözləri çıxarılsın;

1.2. 1-ci hissənin üçüncü abzası aşağıdakı redaksiyada verilsin: “bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü - 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır), idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır);”.

  • Bu Qərar 2019-cu il sentyabrın 15-dən qüvvəyə minir.



Redaktorun seçimi