Aprel döyüşləri zamanı Bakıda yüzlərlə polis əməkdaşı döyüşə getmək üçün müraciət edib

Hit: 303
Aprel döyüşləri zamanı Bakıda yüzlərlə polis əməkdaşı döyüşə getmək üçün müraciət edib

 

 

 

Azərbaycan Ordusunun qələbəsi ilə bitən aprel döyüşləri başlayanda Bakı Polis Qarnizonundan yüzlərlə polis əməkdaşı döyüşə getmək üçün yazılı və şifahi müraciətlər ünvanlamışdır. Polis serjantları ilə yanaşı, yüksək rütbəli zabitlər müraciətlər və raportlar yazaraq xidmət yerinin səngərə dəyişdirilməsi ilə bağlı müraciətlərdə özlərini Vətən üçün fəda etməyə hazır olduqlarını bildirmişdilər.

Bu barədə məlumat Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) facebook səhifəsində yer alıb.

Səngərdə döyüşən, canını Vətən üçün fəda edən oğullarımızdan artıq olmadıqları həmin müraciətlərin ana xəttini təşkil etmişdir: Azərbaycan Polisi Səngərsiz Əsgərdir!

 









Redaktorun seçimi