Yol polisi sürücülərə belə xidmət göstərir - Zarat postunda - VİDEO

Hit: 231
Yol polisi sürücülərə belə xidmət göstərir - Zarat postunda - VİDEO

Son günlər havaların isti keçməsi ilə əlaqədar yollarda baş verə biləcək hər hansı yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının şəxsi heyəti sürücülər arasında təbliğat işlərinə başlayıb. Əsas məqsəd sürücülərin sükan arxasında yorğun və yuxulu olması səbəbindən baş verə biləcək qəzaların qarşısını almaqdır. Bu məqsədlə bütün stosionar postlarında sürücülər üçün şərait yaradılıb.

Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşları Zarat postu ərazisində sürücülər üçün əl-üz yumaq, su içmək və qısamüddətli istirahət etmək üçün şərait yaradıb. Minik, avtobus, mikroavtobus və yük maşınlarının sürücüləri stosionar postlarında saxlanılır, onların sənədləri yoxlanılır və sürücülərlə yanaşı sərnişinlərə də qısamüddətli istirahət etmək, su içmək və əl-üzünü yumaq təklif olunur. Bununla da uzunmüddətli yola çıxan sürücülərin sükan arxasında yorğun olmasının qarşısı alınır ki, bu da yol qəzaların baş verməməsinə gətirib çıxarır.

Bir çox sürücü və sərnişinlər yol polisinin bu addımını alqışlayır və onlar üçün yaradılan şəraitdən istifadə edirlər. 

Qeyd edək ki, bu cür tədbirlər bütün yay mövsümü boyu davam etdiriləcək.









Redaktorun seçimi