Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər üçün növbəti imtahan keçirilib

Hit: 504
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər üçün növbəti imtahan keçirilib
Avqustun 23-də Dövlət Gömrük Komitəsində gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün növbəti imtahan keçirilib.
 

İmtahan prosesində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, imtahan komissiyasının üzvü olan Baş İdarə rəisləri və aidiyyəti qurumların nümayəndələri iştirak edib.

Cavad Qasımov bildirib ki, məqsəd gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, fəaliyyətin mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Daha sonra 4-cü imtahana start verilib. İmtahanda 99 nəfər iştirak edib.

Ümumilikdə, ixtisas attestatlarının alınması üçün 500-ə qədər şəxs müraciət edib və bu məqsədlə hələlik 4 imtahan keçirilib. İndiyə qədər 96 nəfər imtahanlarda uğurlu nəticə əldə edib.









Redaktorun seçimi