YOL POLİSİ SAATLIDA “TƏMİZ HAVA” AYLIĞI ÇƏRÇİVƏSİNDƏ REYD KEÇİRİB

Hit: 389
YOL POLİSİ SAATLIDA “TƏMİZ HAVA” AYLIĞI ÇƏRÇİVƏSİNDƏ REYD KEÇİRİB

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayonda nəqliyyatın sıx olduğu yerlərdə avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarının ölçülməsi və atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə reyd keçirilib. Xüsusi avadanlıqlar vasitəsilə avtomobillərdən ixrac olunan qazların tərkibi yoxlanılıb. Sürücülərə tələblər və qaydalar izah olunub.
Reyd zamanı bəzi minik avtomobillərində atmosferə buraxılan zərərli qazların miqdarının normadan bir neçə dəfə artıq olması müşahidə olunub. Yol Polisi Bölməsinin inspektorları tərəfindən atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb.
Bununla yanaşı reyd zamanı ciddi qayda pozuntularına yol verərək həm nəqliyyatın həm də piyadaların hərəkəti üçün təhlükə törədən, sənədsiz avtomobil idarə edən və əks zolaqla hərəkət edən sürücülər də müəyyən edilərək barələrində protokol tərtib edilib.









Redaktorun seçimi