Avtomobillərin "qluşitelinə" səsartırıcı quraşdıranlarla bağlı - DYP-dən VACİB AÇIQLAMA - FOTOLAR

Hit: 657
Avtomobillərin "qluşitelinə" səsartırıcı quraşdıranlarla bağlı - DYP-dən VACİB AÇIQLAMA - FOTOLAR

Son vaxtlar Bakı şəhərində bəzi avtomobillərin səsboğucu yerinə əlavə edilən müxtəlif avadanlıqlarla maşınların səsinin süni şəkildə artırılması halları artıb.
Şəhər sakinləri və sürücüləri narahat edən bu mövzu ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Vaqif Əsədovla danışdıq.
O bildirdi ki, şəhərdə maşınların səsboğucusuna əlavə avadanlıqlar quraşdırılması halları müşahidə olunur: "Dəfələrlə bu barədə təbliğat da aparmışıq. Bu tipli avtomobilləri idarə edən şəxslərlə rəhbərliyin iştirakı ilə görüşlər keçirmişik. Amma təəssüflər olsun ki, bu günə qədər hələ də müxtəlif səslər çıxaran, guruldayan səs sistemlərinin quraşdırıldığı avtomobillər mövcuddur. Qeyd edək ki, belə avtomobillərə yüksək məbləğdə cərimə nəzərdə tutulur. Əgər avtomobillərdə belə avadanlıqlar aşkar edilərsə 500 manatdan 800 manata qədər cərimə ediləcəklər".
Vaqif Əsədov qeyd etdi ki, cəmiyyətin hər bir üzvünün bu mövzuda iştirakı olmaldır: "Hər kəs bu tip maşınların olmasının əleyhinə çıxmalıdır və heç kəs belə tələblərdən inciməməlidir. Bu barədə mütəxəssislərə də müraciət etməliyik ki, elə səs gücləndiricilərdən istifadə etmənin nə qədər zərərli olduğunu insanlara danışsın. Mən də bir paytaxt sakini kimi elə hallara qarşı olduğumu da demək istəyirəm. Qeyd edim ki, hərəkətin intensiv olduğu yerlərdə belə maşının səsboğucusuna gücləndirici avadanlıqlar quraşdırılaraq istismar edilməsi yolverilməzdir. Ancaq bəzi avtomobillərdə bəhs etdiyimiz avadanlıqlar zavod tərəfindən quraşdırılıb. Belə avtomobillər isə gərək idman oyunlarında, bənzəri tədbirlərdə istifadə olunsun".
BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi məslət gördü ki, belə avtomobillərdən şəhərdə, yaşayış yerlərində, xüsusilə gecələr istifadə olunmasın: "Bu səbəbdən profilaktiki tədbirlər keçirərək belə halların qarşısını tam almalıyıq. Bəhs edilən avadanlıqlara təkcə bahalı maşınlarda yox hər növ avtomobillərdə rast gəlinir. Məsəl üçün VAZ-21-07 tipli avtomobillərdə belə tip avtomobillərdə rast gəlmişik. Biz xidmət apardığımız ərazilərdə belə hallarla rastlaşdığımızda müvafiq tədbirləri görürük. Mən sizə təşəkkür etmək istəyirəm ki, siz həlli çox vacib olan bu mövzuya toxunmusuz. Əgər cəmiyyətdə sorğu aparsanız mən sizi inandırıram ki, hər kəs şəhərdə bu tipli avtomobillərin istismarından şikayət edəcək. Mən başa düşmürəm belə adamlar maşının səsboğucusuna belə avadanlıqlar quraşdırmaqla nə əldə edirlər. Bir vaxtlar yüksəktonlu səs siqnallarının istifadəsinə rast gəlirdik, xüsusi tədbirlərin görülməsi ilə belə halların qarşısı alındı. "Qulişetlə" qoyulan əlavə avadanlıqların ölkəyə gətirilməsi, burada hazırlanmasının da qarşısı alınmalı belə yerlərin aşkar edilib müvafiq tədbirlərin görülməsi vacibdir".

1
1








Redaktorun seçimi