Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi - VİDEO - FOTOLAR

Hit: 832
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi - VİDEO - FOTOLAR

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib.

Faktor.az Oxu.Az-a istinadən xəbər verir ki, dəfndə mərhumun yaxınları, ailə üzvləri, Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti iştirak edib.

Vida mərasimindən sonra R.Atakişiyev II Fəxri xiyabanda torpağa tapşırılıb.

Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Qəza nəticəsində "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Avqustun 19-da hərbi təyyarənin "qara qutu"su, dünən isə pilotun meyiti dənizdən tapılaraq çıxarılıb.

 
 
 
 
 
 
 
 
 
 

 









Redaktorun seçimi