Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub

Hit: 211
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Faktor.az-a verilən məlumata görə, nəticələri SMS vasitəsilə öyrənmək istəyən abituriyentlər elektron ixtisas seçimi ərizələrində qeyd olunmuş kodu ( sonuna “9” rəqəmi əlavə olunmuş iş nömrəsini) 7727 qısa nömrəsinə göndərməlidirlər:

“Nəticələr yaxın vaxtlarda saytımıza da yerləşdiriləcək. Abituriyentlərə tövsiyə edirik ki, SMS-i bir dəfə göndərsinlər. Nəticələr elan olunmamış SMS göndərən abituriyentlərə də müsabiqə nəticələri barədə məlumat göndərilir”.









Redaktorun seçimi