Yol polisi Bakıda profilaktik tədbirin keçirilməsini davam etdirir - FOTOLAR

Hit: 377
Yol polisi Bakıda profilaktik tədbirin keçirilməsini davam etdirir - FOTOLAR

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən yol polisi respublika ərazisində “Təmiz hava” aylığı ilə bağlı maarifləndirici aksiyalar keçirir. 

Daxili İşlər Nazirliyi və Ekologiya Təbii Sərvətlər Nazirliyinin birgə təsdiq etdiyi tədbirlər planını tələbinə uyğun "Təmiz hava" aylığını keçirilməsini davam etdirir.  

“Təmiz hava” aylığı ilə bağlı keçirilən tədbirlər Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində davam etdirilib. Reyd zamanı avtomobillər saxlanılaraq zərərli qazların miqdarı yoxlanılıb. Normadan artıq zərərli qaz ixrac edən avtomobillər sürücülərinə inzibati qaydada protokol tərtib olunub və avtomobilin saz vəziyyətdə saxlanılmasına dair sürücünün hüquq və vəzifələri izah olunub. Zərərli qazların miqdarı normadan bir qədər artıq olan sürücülərə isə xəbərdarlıq edilib.

Rayon ərazisində həmçinin yükdaşıma qaydalarını pozan maşınların sürücüləri ilə də profilaktik işlər mütəmadi olaraq aparılır. Bu sürücülərə yol polisləri tərəfindən xəbərdarlıq olub, qayda pozuntusuna yol vermiş şəxslər barəsində qanuni tədbirlər görülüb.

 










Redaktorun seçimi