Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edəcək

Hit: 346
Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edəcək

Vergilər nazirinin müavini Sahib Ələkbərov 22 avqust 2019-cu il tarixində Qobustan şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Qobustan şəhəri, Yeni yaşayış massivi, Bakı-Qazax şosesi, 89-cu km) Qobustan, Şamaxı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən şəxslər 20-21 avqust 2019-cu il tarixlərində Şamaxı şəhərində yerləşən 4 saylı Ərazi Vergilər İdarəsinə, habelə Qobustan və Ağsu rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.









Redaktorun seçimi