İqbal Məmmədov "Relaks”dakı davadan danışdı

Hit: 349
İqbal Məmmədov "Relaks”dakı davadan danışdı

Milli Məclisin deputatı İqbal Məmmədov “Relaks” İstirahət və Turizm Mərkəzində baş verən insidentlə əlaqədar KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib.

Faktor.az xəbər verir ki, deputat İ.Məmmədov bildirib ki, “Relaks” İstirahət və Turizm Mərkəzinin təsisçisi və rəhbəri onun qardaşı Məmmədov Çingiz Nəriman oğludur:

“İstirahət mərkəzində baş vermiş insidentlə əlaqədar dərin təəssüf hissi keçirir və mərkəzin əməkdaşlarının hərəkətlərini qəti şəkildə pisləyirəm. Məzuniyyətdən qayıtdıqdan sonra bu barədə mənə məlumat verdilər. Vergilər Nazirliyi tərəfindən aparılan araşdırmalara köməklik məqsədi ilə yoxlama komissiyasına zəruri sənədlərin təqdim olunması təmin ediləcək. Mərkəzin Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olması ilə bağlı bəzi KİV-də yayılan məlumatlar yalandır və heç bir hüquqi əsası yoxdur. Ümid edirəm ki, qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq qərarlar qəbul ediləcək”.

Xatırladaq ki, bundan öncə unikal.org-a açıqlama verən deputat hadisənin təxribat olduğunu bildirmiş, oğlu və daha 6 qohumunun saxlanılması ilə bağlı xəbəri təkzib etmişdi.

Qeyd edək ki,, artıq İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla, 6 nəfər insidentlə bağlı həbs olunublar.









Redaktorun seçimi