Vilayət Eyvazov yeni rəis təyin etdi

Hit: 389
Vilayət Eyvazov yeni rəis təyin etdi

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Zaqatala rayonuna yeni rəis təyin edib.

Nazirin əmri ilə bu posta Daşkəsən rayon Polis şöbəsinin rəisi polis polkovniki Vəfadar Orucov gətirilib.

Qeyd edək ki, bunadək sözügedən postda Adil Ələkbərov olub. O, 3 gün öncə daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.(Qafqazinfo)









Redaktorun seçimi