Daxili orqanları tərsinə yerləşən qadın əməliyyat olunub

Hit: 370
Daxili orqanları tərsinə yerləşən qadın əməliyyat olunub

Bakıda qeyri-adi cərrahiyyə əməliyyatı aparılıb. Səhiyyə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 62 yaşlı qadın xəstə 3-4 gün epiqastrik bölgədə ağrı şikayəti ilə Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib. Müayinələr zamanı xəstənin anamnezində Situs inverus anomaliyası-döş və qarın boşluğundakı daxili orqanların bədənin qarşı tərəfində olması halı müşahidə olunub. Yəni normalda sağda olmalı orqanlar solda, soldakılar sağda yerləşib.

Qaraciyər sol tərəfdə yerləşdiyi üçün öd kisəsinin iltihab prosesi klinik müayinə əlamətləri də sol tərəfdə olub. Əməliyyatı icra edən həkim əməliyyatın uğurla başa çatdığını deyib. Xəstə artıq evə yola salınıb.

Faktor.az e-tibb.az-a istinadən bildirir ki, əməliyyat MNX-nin Cərrahiyyə və orqan transplantasiya şöbəsinin müdiri, uzman həkim Elmir Əsgərov tərəfindən icra olunub. E. Əsgərov sosial şəbəkədə situs inversus anomaliyası olan xəstədə kəskin xolesistit səbəbi ilə icra etdiyi laparoskopik xolesitektomiya əməliyyatının görüntülərini paylaşıb.

Həkim bildirib ki, situs inversus əsas daxili orqanların normal mövqelərindən tərsinə və ya əks olunduğu yer dəyişdiyi bir vəziyyətdir. Daxili orqanların normal təşkili situs solitus kimi tanınır, situs inversus isə ümumiyyətlə, situs solitusun güzgü təsviridir. Yəni ürəyin solda deyil, sağda yerləşməsi, qaraciyərin sağda deyil, solda yerləşməsi bu vəziyyətlərdən biridir.









Redaktorun seçimi