38 dərəcə isti olacaq - PROQNOZ

Hit: 247
38 dərəcə isti olacaq - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Faktor.az-a verilən xəbərə görə, havanın temperaturu  gecə 19-23°, gündüz 30-34°, Bakıda gecə 21-23°, gündüz 32-34° isti təşkil edəcək.

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək.Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti təşkil edəcək. 









Redaktorun seçimi