ADAU-da yay semestrinin imtahanları keçirilir

Hit: 229
ADAU-da yay semestrinin imtahanları keçirilir

Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və Zoomühəndislik fakültəsinin binasında yay semestri imtahanları keçirilir. Akademik borcların ləğvi, seçmə fənlərin kreditlərinin qazanılması, müvəffəqiyyət qazanılan fənlərdən qiymətin yüksəldilməsi, digər ali təhsil müəssisələri tələbələrinə müvafiq kreditlər qazanılması üçün şəraitin yaradılması məqsədilə könüllülük prinsipi əsasında ödənişli əsaslarla yay semestri, avqustun 17-də isə semestr imtahanları təşkil edilib. Yay semestrində imtahanlarda üzrlü səbəblərdən iştirak etməyən tələbələr üçün avqustun 19-da imtahanlar təşkil olunacaq. İmtahanlar universitetin Kompüter Resurs Mərkəzində test üsulu ilə keçirilir.









Redaktorun seçimi