Vilayət Eyvazov polkovniki təqaüdə göndərdi

Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Babək Mərdanov daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnaməyə uyğun olaraq, yaş həddinə görə təqaüdə göndərilib.
Faktor.az xəbər verir ki, bu barədə unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis leytenantı Aslan Qiyaslı məlumat verib.
Bildirilib ki, B.Mərdanovun yerinə isə, polis kapitanı Fərid Mayılov təyin edilib.


