Mingəçevir və Lerik sakinlərinə xoş xəbər

49 dəfə oxunub
Mingəçevir və Lerik sakinlərinə xoş xəbər

Regionalarda qazlaşdırma tədbirlərinin davam etdirilməsi məqsədi ilə əlavə olaraq 2 yaşayış məntəqəsinə də qaz çəkilişi məsələləri nəzərdən keçirilir. Beləliklə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyyəsi, eləcə də yerli icra hakimiyyəti orqanının, sakinlərin müraciətləri nəzərə alınaraq gələn həftənin birinci günündən Mingəçevir şəhərinin “Vaqonlar evi” adlanan ərazisində 300 evin qazlaşdırılmasına başlanılacaq. Bundan başqa sakinlərin kollektiv müraciəti, eləcə də hal-hazırda qazlaşma işləri aparılan Lerik rayonunun Vizəzəmin kəndinə çox yaxın olması nəzərə alınaraq bu rayonun Cəngənəvud kəndinin qazlaşdırılması layihəsi də hazırlanır. İşlərə avqust ayının sonlarında start verilməsi planlaşdırılır.



Redaktorun seçimi