Gəncə və Ağsuya hər həftə 1500 sayğac göndərilir

23 dəfə oxunub
Gəncə və Ağsuya hər həftə 1500 sayğac göndərilir

“Azəriqaz” İstehsalat Birliyinin Gəncə və Ağsu Regional qaz istismarı İdarələrinin xidməti ərazilərində yeni nəsil smart-kart tipli qaz sayğaclarının kütləvi olaraq quraşdırılması işləri davam edir. Uzun müddət istismarda olan və hazırda istismar müddətini başa vurmuş 115198 ədəd məişət təyinatlı mexaniki və smart-kart tipli qaz sayğacları daha müasirləri ilə əvəz edilir. Bununla əlaqədar olaraq hər regiona həftəlik 1500 ədəd “İtron Gallus Pay G-4 NGPP” markalı qaz sayğacı ayrılır. İstismar müddəti bitmiş qaz sayğacları təmənnasız olaraq yenisi ilə əvəzlənir və bu işlərin icrası üçün əməkdaşların çox hissəsi prosesə cəlb edilib. Yeni quraşdırılmış smart-kart tipli qaz sayğaclarının ödəniş kartlarının vətəndaşlar tərəfindən asanlıqla əldə edilməsi üçün “Azəriqaz” İB hər iki regionda rayonlar üzrə səyyar xidmət təşkil edib.



Redaktorun seçimi