KİTABLARDA GİZLƏNƏN KİŞİLİK BİR SİRRİN AÇIMI

Hit: 410
KİTABLARDA GİZLƏNƏN KİŞİLİK  BİR SİRRİN AÇIMI

Ey dili qafil fil faili məchul fani f...

Son dönəmlərdə dünyada kitabların oxunub oxunmaması ilə bağlı bir araşdırma aparmışlar. Bu araşdırmaların sonucunda məlum olub ki, dünyada  kitab oxuyan qadınlar kitab oxuyan kişilərdən çoxdur. Bu xəbərlə tanış olarkən, qəribə hisslər keçirməyə başladım. Əsla qadın-kişi ayrımı yapmaq, bu şəkildə qarşıdurma yaradacaq dərəcədə bir xəyala düşüləsi, niyyətə qapılası halım yox.

Kitabda, kitablarda, kitab qavramında, məncə, bir kişi kultu var. Bu bir dilbilməz duyğudan, halaypozan hissdən, intuitiv etibardan, bəlkə də qızışdırıcı qənaətdən hasil olan fikirdir. Son dərəcə həssaslıq sərgiləyən heç bir him-cimə ehtiyac duyulmayan  hesablamalara görə, dünyada kitabların çox faizini (kərəmin gününə düşən) kişilər yazıb. Ən çox da danışanların qadınların  olmasına baxmayaraq, ictimai məkan çərçivəsində əksər danışıqlar da kişilərin boyundan asılıb. Millət vəkili, bələdiyyə başqanı, siyasətçi, partiya funksioneri, şirkət, fabrik, zavod yönətməni, alim, ən nəhayət prezidentlər olaraq ən çox danışıq tələb edən, ən çox danışan insanlar qismində, sırasında yer alarlar.

Kitabların aurasında erkək energetikası üstünlük təşkil edir. Bu kəsinliklə qadının ucalığına xələl gətirməz. Belə bir faktın mövcudluğu, yəni qadınların kişilərə nisbətən sayının daha çox kitab oxuması, onu göstərir ki, qadınlar bu dünyada kitablar vasitəsi ilə kişilərə rəməl atır, onlara maraq göstərir, onlarla birgə olmaq, onları anlamaq, onları sevmək istəyirlər. Həm də kitabların mövcudluğu qadınlara kişilərlə aralarındakı fərqi, məsafəni göstərmə konusunda şəhadət gətirmiş olur. Məncə, bundan gözəl variant və bundan gözəl heç nə yoxdur. Qadınlar kişiləri kitablarla sevirlər. Yaxut qadınlar kişiləri kitablarla sevirlər. Qadınlar kitablar vasitəsi ilə kişilərə vurulur, aşiq olur. Qadınlar kitabların sayəsində, kitab üsulu (görmə üsulu) ilə kişilərlə ailə qururlar. Demək çağdaş dünyada ailə ekvivalaneti həm də kitabların həyatımızdakı bitib-tükənməz kəhanətiylə kəramət bulur. Bu həm də o deməkdir ki, kişi kultu daşıyan kitablar sayəsində, qadınlar kitablı, oxumuş, kitabları varlığına hopdurmuş kişiləri sevir, onlarla maraqlanırlar. Kitablar, sanki kişilərin kişilyini artırır, kişilik xarakterində möhkəm və möhtəşəm incəliklər naxışlar sərgiləyir, təbii ki, qadınların gözündə.

Qadınlar nəyinki bu dünyada kitabları almaqda liderlik edirlər, onlar bütün alış-verişlərdə birincidirlər. Ən gözəl alış-veriş bacaranlar da elə bu düyada qadınlardır. Bu da səbəbəsiz ola bilməz. Belə anlaşılır ki, qadınların dünyanı, kişini, gücü, digər bir qütbü özünə çəkməsi, özünə bağlamasıdır yenə. Yenə də özünə bağladığının alt qatında kişi, erkək kultu şəhanə şəklində boy verib görsənir.

XANƏMİR TELMANOĞLU

 

 

 

 









Redaktorun seçimi