AQTA fitosanitar müşahidələri davam etdirir

Hit: 231
AQTA fitosanitar müşahidələri davam etdirir
 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Respublika ərazisində fitosanitar müşahidələr davam etdirilir.

Növbəti fitosanitar müşahidələr Xaçmaz rayonunda fərdi torpaq sahələrində, fermer təsərrüfatlarında aparılıb.

Müşahidələr zamanı fərdi torpaq sahələrinin, fermer təsərrüfatlarının bəzilərində zərərli orqanizmlərlə sirayətlənmə halları aşkar edilib və bununla bağlı zəruri tədbirlər görülərək, gələcəkdə yarana biləcək məhsul itkisinin qarşısı alınıb.

Eyni zamanda Xaçmazda təsərrüfat sahibləri arasında kimyəvi preparatlardan istifadə qaydaları və təhlükəsizlik tədbirləri barədə maarifləndirmə işləri aparılıb.

 









Redaktorun seçimi