Şamaxıda turistə şok qiymətə çolpa satdılar – FOTOFAKT

108 dəfə oxunub
Şamaxıda turistə şok qiymətə çolpa satdılar – FOTOFAKT

Turizm sahəsində işləyən şəxs hindistanlı turistləri Şamaxıya göndərdi, istirahət mərkəzi isə turistləri aldatdı.

Bizimyol.info xəbər verir ki, bu barədə Fikrət Xankişiyev adlı turizm sahəsində çalışan şəxs "Müştəriyəm, Şikayətim var” qrupuna yazıb. O bildirib ki, iki hindistanlı turisti Şamaxının Dəmirçi kəndinə istirahətə göndərib. Yolüstü turistlər Şamaxıda "Xarı Bülbül” istirahət mərkəzində nahar ediblər. İstirahət mərkəzi isə turistlərə bir toyuğu 40 manata satıb.

Məsələ ilə bağlı internet resurslarında olan "Xarı Bülbül” istirahət mərkəzinin əlaqə nömrələrinə zəng etsək də, dəstəyi qaldıran şəxs həmin əlaqə vasitələrinin istirahət mərkəzinə aid olmadığını bildirib.



Redaktorun seçimi