Uşağın 5 manatını əlindən aldı, polisə düşdü

Hit: 209
Uşağın 5 manatını əlindən aldı, polisə düşdü

Bakının Yasamal rayonu ərazisində azyaşlıya qarşı soyğunçuluq edərək onun pulunu ələ keçirən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Zərərçəkənin valideynləri Yasamal Rayon Polis İdarəsi 28-ci Polis bölməsinə məlumat verərək bildiriblər ki, tanımadıqları şəxs onların övladlarına yaxınlaşaraq, əlində olan beş manat pulu soyğunçuluq yolu ilə alıb.

 

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Rəsul Hüseynov saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Saxlanılan şəxsin ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun bir neçə ay əvvəl paytaxt sakini olan bir qadının pul kisəsini oğurladığı da müəyyən edilib. Həmin vaxt R.Hüseynov zərərçəkənə 500 manat maddi ziyan vurub.

Faktla bağlı 28-ci Polis bölməsində toplanan materiallar araşdırılması üçün Yasamalı Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.









Redaktorun seçimi