İşğal etməyin acısını yaşayan Ermənistan

Hit: 262
İşğal etməyin acısını yaşayan Ermənistan
Ermənilərin işğalı heç də onlara arzuladığı “xoş günləri” bəxş etməyib. Əksinə işğal erməniləri əsassız iddialarının qurbanına çevirib.

Çünki ermənilərin normal həyat tərzi yaşamasında Azərbaycan və azərbaycanlıların müstəsna rolu olub. Necə ki, bu gün eynisini Gürcüstanla bağlı demək olar. 

1988-ci ilə - ermənilərin Azərbaycana qarşı növbəti işğal siyasətini reallaşdırmayanadək Ermənistanın sosial-iqtisadi durumunun inkişafında azərbaycanlıların və Azərbaycanın müstəsna rolu olub.  2019-ci ildə Ermənistanın cənubunda İranla sərhəddindəki Mehridəki dəmiryol vağzalı, dəmiryolu ilə bağlı sosial şəbəkələrdə paylaşılan fotoları bunun bariz göstəricisidir. Bakı ilə Naxçıvan və İrəvanı birləşdirən 45 km-lik dəmir yol hissəsi bu ərazidən keçirdi. Dəmiryolunun  bu ərazidən keçməsi həmin ərazidə yaşayan insanların həyat tərizinə müsbət mənada təsir edirdi.  Ancaq işğaldan sonra həmin dəmiryolu bağlandı və bu  sahə məhv oldu. Bu da erməni xalqının həyat tərzinə pis təsir göstərmiş oldu. Bir müddət öncə çəkilmiş aşağıdakı fotolar əlavə şərhə yer qoymur.

olke.az









Redaktorun seçimi