Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist işdən çıxarıldı

Hit: 663
Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist işdən çıxarıldı
Jurnalist Nurlan Libre Kanal-13 internet televiziyasındakı işindən çıxarılıb.
 
AZXEBER.COM xəbər verir ki, bu haqda telekanalın rəhbəri Anar Orucov sosial şəbəkədə yazıb.
 
 
O baş nazirin keçmiş müavini Abid Şərifovun avtomobilinin üstünə çıxan əməkdaşını işdən uzaqlaşdırdığını deyib: 
"Abid Şərifovun etdiyi hərəkətə verdiyi adekvat cavabdan sonra Nurlanla bunu kollektivdə ciddi müzakirə etdik, qınadıq və mən ona rəsmi xəbərdarlıq etdim. Ona görə yox ki, Nurlan onun üzərinə maşın sürdürən bir keçmiş məmura öz hərəkətilə cavab verib, ona görə ki, onun etdiyi hərəkət ona qarşı edilənə adekvat olsa da, Kanal13-ün media etikasına, kollektivimizin davranış və əxlaqına adekvat deyil! Xəbərdarlığımızı qəbul etməməsi və etirazlarının davam etdirməsi durumunda isə həmkarımızla yollarımızı ayırmaq qərarı verdik".
 
Jurnalist Nurlan Libre bu hadisəyə belə reaksiya verib: "Abid Şərifova görə işimdən qovuldum".
 

 









Redaktorun seçimi