"Gilan" Azərbaycanın mətbuat işçiləri üçün təlim təşkil edib - FOTOLAR

Hit: 254
"Gilan" Azərbaycanın mətbuat işçiləri üçün təlim təşkil edib - FOTOLAR

“Gilan Holding” Azərbaycanın mətbuat işçilərini üçün Milli Mətbuat gününə həsr olunmuş “Breaking News!” adlı həftəsonu təlim proqramı təşkil edib.

“APA-Economic”in məlumatına görə, ölkə üzrə aparıcı telekanallarının, informasiya agentliklərinin, xəbər portallarının, qəzet və radio kanallarının əməkdaşları bu tədbirə xüsusi maraq göstərərək iki gün ərzində dünya səviyyəsində peşəkar ekspert Fil Vordmanın təlimində iştirak ediblər.

Nüfuzlu “Sky News”, “BBC”, “Thomson Reuters”, “ITV News” beynəlxalq media qurumlarının ən qabaqcıl təcrübəsi təlimə qatılmış 140 nəfərdən artıq qonağın böyük marağına səbəb olub. İnteraktivlik, maraqlı diskussiyalar, təcrübə mübadiləsi ilə yadda qalan “Breaking News!” təlim iştirakçılarını rəqəmsallaşan mediada son trendlər və bir çox digər yeniliklər ilə tanış edib.

1
1








Redaktorun seçimi