“Könüllü DOST” məzunlarına sertifikatlar təqdim olunub

Hit: 433
“Könüllü DOST” məzunlarına sertifikatlar təqdim olunub
"Könüllü DOST" proqramı çərçivəsində iki ay müddətində 1 saylı Bakı DOST Mərkəzində fəaliyyət göstərmiş gənc və "gümüşü" könüllülərimizə xüsusi sertifikatlar təqdim olunub. Tədbirdə iştirak edən DOST Agentliyinin İdarə Heyəti sədr müavini Emil Hacıyev, 1 saylı Bakı DOST Mərkəzinin direktoru Seymur Alıyev və "Üçüncü Bahar" layihəsinin rəhbəri Nərmin Qəniyeva iştirakçıları təbrik edib və DOST mərkəzinə verdikləri töhfələrə görə onlara təşəkkür ediblər.
 
Məzunlardan fəallıq və vəzifə öhdəliklərini uğurla yerinə yetirdikləri üçün seçilən 5 könüllümüzün fəaliyyəti "A" kateqoriyalı fərqlənmə sertifikatı ilə mükafatlandırılıb.








Redaktorun seçimi