Həbsdən çıxan azərbaycanlı keçmiş icra başçısı ailəsi ilə birlikdə

Hit: 382
Həbsdən çıxan azərbaycanlı keçmiş icra başçısı ailəsi ilə birlikdə
Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı, əslən azərbaycanlı Temur Abazov (Teymur Abbasov) ailəsi ilə birlikdə istirahət edir.
 
O, ailəvi fotolarını sosial şəbəkədə paylaşıb.
 
Temur Abazov üç uşaq atasıdır, iki qızı, bir oğlu var.
 
Gürcüstanın Marneuli rayonunun sabiq rəhbəri, əslən azərbaycanlı Temur Abazov vəzifədə olduğu zaman Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı vide-fakta görə saxlanılmışdı.
 
Günahı sübuta yetiriləcəyi təqdirdə, onu 5 ildən 10 ilədək həbs cəzası gözləyirdi. Rustavi Şəhər Məhkəməsi qərarı ilə 10 min lari məbləğində girov müqabilində azad edilib. (BAKU.WS)








Redaktorun seçimi