“DOST to DOST” (D2D) layihəsi çərçivəsində könüllülər üçün silsilə təlimlər davam edir

Hit: 749
“DOST to DOST” (D2D) layihəsi çərçivəsində könüllülər üçün silsilə təlimlər davam edir
Növbəti təlim “Ünsiyyət və təqdimat bacarıqları” mövzusunda olub. Könüllülərə özünü dərketmə, uğur üçün lazım olan resurslar, ünsiyyətdə güclü və zəif tərəflər, fərdi inkişaf, yaxşı dinləyici, networking, təqdimat və çıxışlara hazırlıq haqqında geniş məlumat verilib.
 
Təlimi Bakı Dövlət Universitetində “Psixologiya” və ABŞ-ın İndiana Universitetində “Dövlət idarəçiliyi” ixtisası üzrə təhsil almış, Azərbaycan Psixoloqlar Assosiasiyasının həmtəsisçisi, Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin direktoru Əhəd Kazımov keçib.
 
“DOST to DOST” (D2D) layihəsinin məqsədi “Könüllü DOST”ların iş həyatlarına gedən yolda əlavə bilik və bacarıqlar əldə etmələrinə, gənclərin ümumi dünyagörüşünün artmasına, şəxsi inkişaflarına yardımçı olmaqdır.








Redaktorun seçimi