Vergilər nazirinin birinci müavini Neftçala rayonunda vətəndaşları qəbul edəcək

Hit: 177
Vergilər nazirinin birinci müavini Neftçala rayonunda vətəndaşları qəbul edəcək
Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Salyan rayonları sakinlərinin nəzərinə!
 
Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 24 iyul 2019-cu il tarixində Neftçala rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: H.Əliyev prospekti 35) Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək.
 
Qəbula gəlmək istəyən vətəndaşlar 19-22 iyul 2019-cu il tarixlərində Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinə, habelə Neftçala, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
 
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.








Redaktorun seçimi