Bu ilin birinci yarımilində yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib

Hit: 190
Bu ilin birinci yarımilində yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib

Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, cari ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət olaraq pensiyaların elektron qaydada təyinatına başlanıb.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 15,6 minədək şəxsə yaşa görə pensiya təyin olunub ki, həmin təyinatların 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib.

E-qaydada pensiya təyinatı sisteminin ən mühüm üstünlüklərindən biri vətəndaşın yaşa görə pensiya hüququ yarandığı gün onun müraciəti olmadan, hər hansı sənəd təqdim etmədən, avtomatik qaydada pensiya təyinatı aparılması və bu barədə e-qaydada özünə məlumat göndərilməsidir. Bununla da sistem əvvəlki illərdə yaşa görə pensiya hüququ yaranan, lakin müraciət etmədiyi üçün həmin vaxtlarda pensiya təyinatı aparılmamış şəxslərin də cari ilin əvvəlindən pensiya hüquqlarının avtomatik reallaşdırılmasına imkan verib.

Nəticədə isə e-pensiya sistemi yaşa görə pensiya təyin olunanların sayının artmasına səbəb olub.

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyun aylarında yaşa görə əmək pensiyası təyinatlarının sayı 67,7 faiz artıb.









Redaktorun seçimi