Azərbaycanda qadınların 79 faizi ərləri ilə seksdən narazıdır

Hit: 292
Azərbaycanda qadınların 79 faizi ərləri ilə seksdən narazıdır

Türkiyəli mütəxəssislərin araşdırması nəticəsində məlum olub ki, Avropada qadınların cəmi 3-5 faizi ərlərindən narazı qalırlar. Türkiyədə qadınların 69 faizi, Azərbaycanda isə 79 faizi ərləri ilə seksdən narazıdırlar. Bu problem çox vaxt xəyanətlərə və boşanmalara səbəb olur. Niyə cəmiyyətimizdə kişi və qadınlar cinsi istəklərini bir-birləri ilə paylaşmırlar?

Faktor.az metbuat.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı psixoloq Gülnar Orucova fikirlərini bölüşüb.

"Bəzi psixoloqlar bu barədə danışmağa çəkinirlər. Çünki fikirlərinin insanlar tərəfindən yanlış anlaşılmasından qorxurlar. Bu gün Azərbaycanda elə şeylər var ki, ört-basdır edirlər üstünü. Halbuki, bunlar qabardılsa, hardasa kişi qadın münasibətlərinə aydınlıq gətiriləcək və bunun nəticəsində insanlar yanlış qərar verməyəcəklər və boşanmalar, xəyanətlər azalacaq. 

Bizim mentalitetimiz ailədə bəzi məsələləri açıq-aşkar müzakirə etməyə yol vermir. Kişilər bəzən düşünür ki, mən öz xanımıma bunu açıq şəkildə deyə bilmərəm. Ona görə də hər hansı bir istəklərini, cinsi təlabatlarını paylaşmırlar, o fikirləri bir-birinə demirlər. Buna görə də, kişi başlayır başqa qadın axtarmağa. O xanımla ikinci bir həyat yaşayırlar. Əslində kişi bir qadınla həm sevgi, həm cinsi təlabatlarını ödəyə bilirsə, ikinci qadına gərək qalmayacaq".

Psixoloq həmçinin deyib ki, qadınlar bəzi cinsi təlabatları ödəməyin alçalmaq olduğunu düşünürlər ki, bu da problemlər yaradır:


"Bu gün bəzi xanımlar da düşünürlər ki, "bu cinsi təlabatını ödəsəm alçalmış olaram", "yoldaşım məni nə hesab edir ki belə təklif edir?". Bu fikirlərlə onlar kişiləri özlərindən uzaqlaşdırırlar. Bəzən görürük ki, kişi və qadın eyni şeyi istəyirlər. Lakin bunu bir-birləri ilə paylaşmırlar. Bəzən qadınlar özləri də təlabatları ödənmədikdə başqasını axtarırlar. Niyə axtarır? Çünki onu həyat yoldaşına deyə bilmir. Biz öz həyat yoldaşımızla dost ola bilmirik. Dost ola bilmiriksə, xəyanətlərin sayı da artacaq, soyuq münasibətlər də davam edəcək".

Gülnar Orucova vurğulayıb ki, ailədə kişi və qadın arasındakı münasibəti qoruyub saxlayan əsas şərt ehtiras hissidir:

"Münasibətə istilik qatan uşaqlarımız olsa da, digər tərəfdən bizim öz təlabatlarımızın ödənilməsi bu münasibəti daha uzunmüddətli edir. Münasibətlərin əsasında ehtiras dayanır. Sevgi zaman-zaman şəklini dəyişir. Deməzdim ölür, yox, şəklini dəyişir. Ehtiras elə bir duyğudur ki, kişi ilə qadını bir-birinə bağlayır. Kişi öz xanımına "arvadı" kimi baxmamalıdır. Evini təmizləyən, qabını yuyan şəxs kimi baxmamalıdır. Onunla sevgisini, hisslərini paylaşmalıdır". 









Redaktorun seçimi