Hoteldə sevgilisinin başını kəsən şəxsə ağır cəza verildi

Hit: 249
Hoteldə sevgilisinin başını kəsən şəxsə ağır cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeronda hoteldə qətl törətməkdə təqsirləndirilən Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, N.Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib. O, bu cəzanın dörd ilini həbsxanada qapalı rejimdə çəkəcək. 

 

Qeyd edək ki, qətl hadisəsi ötən ilin sentyabr ayında Abşeron rayonu ərazisində yerləşən “Oskar” hotelində baş verib. Nəriman Əliyev sevgilisi, 1997-ci il təvəllüdlü Aysel Orucovanın qısqanclıq zəminində başını kəsərək öldürüb.

Hadisədən əvvəl Aysel sevgilisi ilə hoteldə görüşüb. Orada intim münasibətdən sonra aralarında mübahisə yaşanıb. Nəriman qadına bıçaqla xəsarət yetirib, daha sonra onun başını kəsib. O, qadının üstünü örtüb, portmanatındakı pulları götürərək hoteli tərk edib.

N.Əliyev qaçsa da, Abşeron rayon Polis İdarəsi və Mehdiabad Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.









Redaktorun seçimi