Abituriyentlərin NƏZƏRİNƏ - İxtisas qruplarına plan yerləri AÇIQLANDI

Hit: 655
Abituriyentlərin NƏZƏRİNƏ - İxtisas qruplarına plan yerləri AÇIQLANDI

2019/2020 tədris ili üçün ali təhsil müəssisələrinə qəbul üzrə ixtisas qruplarına plan yerləri ayrılıb.

Təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a açıqlamasında ayrılan plan yerləri barədə ətraflı məlumat verib:

“I ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə: 14031 yer; Rus bölməsi üzrə: 1000 yer;

Ümumilikdə 15031 yer;

II ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə: 13241 yer; Rus bölməsi üzrə: 1000 yer;

Ümumilikdə 14241 yer;

III ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə: 10266 yer; Rus bölməsi üzrə: 1005 yer;

Ümumilikdə 11271 yer;

IV ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə: 3310 yer; Rus bölməsi üzrə: 305 yer;

Ümumilikdə 3615 yer;

V ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə: 3462 yer; Rus bölməsi üzrə: 119 yer.

Ümumilikdə 3581 yer”.

E.Əfəndi bildirib ki, ümumilikdə Dövlət Sifarişi üzrə 20254 yer ayrılıb:

“Bu yerlərdən 9496 yer I ixtisas qrupu üzrə, 3147 yer II ixtisas qrupu üzrə, 3782 yer III ixtisas qrupu üzrə, 2318 yer IV ixtisas qrupu üzrə və 1511 yer V ixtisas qrupu üzrə Dövlət Sifarişi ilə ayrılıb”.









Redaktorun seçimi