BNA xəbərdarlıq etdi - Küləyə görə

91 dəfə oxunub
BNA xəbərdarlıq etdi - Küləyə görə

Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyyatlı olmağı tövsiyə olunur.
Sərnişinlərdən xahiş olunur ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər.Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. 
Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən surət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər. 
Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.
Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyi 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş olunur



Redaktorun seçimi