İİTKM-in yeni “Video İcmal”ı Heydər Əliyevin hakimiyyətinin 50 illiyinə həsr olunub

Hit: 458
İİTKM-in yeni “Video İcmal”ı Heydər Əliyevin hakimiyyətinin 50 illiyinə həsr olunub

Ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbər seçilməsinin 50 ilinın tamam olması ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən “Video İcmal” hazırlanıb. Hazırlanan video çarxda Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi əvəzsiz dahi şəxsiyyət, dünya şöhrətli böyük siyasətçi Heydər Əliyevin hakimiyyətinin 50 illik tarixinin uğur salnaməsi  hər bir mərhələ üzrə təqdim olunub. Qeyd olunub ki, ulu öndərin rəhbərliyi ilə hər bir mərhələ üzrə həyata keçirilən böyük işlər nəticəsində bu gün güclü və modern Azərbaycan Respublikası mövcuddur.

   Qeyd edək ki, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin Azərbaycana rəhbərliyi sovet dövründə, 1969-cu il iyul ayının 14–də Azərbaycan Kommunist partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməklə başlayıb. Həmin dövrdə ardıcıl sosial-iqtisadi islahatlar, dayanıqlı inkişafı təmin edəcək qanunvericilik bazasının yaradılması Azərbaycanın iqtisadi inkişafına təkan verib. Azərbaycan qısa müddətdə Sovet İttifaqında ən qabaqcıl respublikasına çevrilib. Ulu öndərin gərgin əməyi hesabına ölkəmizdə sənaye, kənd təsərrüfatı sürətlə inkişaf edib. Heydər Əliyevin 13 il ərzində gördüyü işlər nəticəsində azərbaycanlıların sosial rifahı yaxşılaşıb. Azərbaycan miqyasına sığmayan istedadı və təcrübəsi Heydər Əliyevin sovet rəhbərliyinə yüksəlməsi ilə nəticələnib.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib. Həmin dövrdə belə Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı önəmli qərarlar qəbul edib. Ulu öndərin SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərilib.

Daha sonra Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrdən istefa verib və Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

Müdrik lider 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edib. Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.

Müstəqilliyin ilk illəri Azərbaycanda siyasi xaosun, idarəetmədə boşluğun, iqtisadi geriləmənin, işsizlik və yoxsulluğun yüksək həddinin, hiperinflyasiyanın hökm sürdüyü bir vaxtda Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdıb. O 1993-cü il iyunun 15-də  Ali Sovetinin sədri, oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib. Bununla da Azərbaycanda ictimai-siyasi sabitlik təmin edilib və "Əsrin müqaviləsi” imzalanandan sonra ölkədə yeni iqtisadi modelin əsası qoyulub.

Video İcmal”-da həmçinin qeyd olunub ki, Heydər Əliyev Azərbaycana sabitlik gətirib. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir.  Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır.

“Video icmal”la iqtisadiislahat.org saytındakı İcmallar bölümündən həmçinin qeyd olunan link vasitəsi ilə tanış olmaq olar: http://iqtisadiislahat.org/vreview









Redaktorun seçimi