Rayona işləməyə gedən bu şəxslərə - ƏLAVƏ ÖDƏNİŞLƏR VERİLƏCƏK

53 dəfə oxunub
Rayona işləməyə gedən bu şəxslərə - ƏLAVƏ ÖDƏNİŞLƏR VERİLƏCƏK
«Hazırda Səhiyyə Nazirliyi ilə birgə həkimləri bölgələrə cəlb edəcək layihə üzərində işləyirik». Faktor.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev  bildirib.
 
Qeyd edək ki, 2020-ci ildən Azərbaycanın bütün bölgələrində icbari tibbi sığortanın tətbiqi gözlənilir. Bu sahə ilə bağlı əsas problemlərdən biri bölgələrdə həkim qıtlığıdır. Ölkənin rayonlarında bəzi ixtisaslar üzrə həkimlər çatışmır, o cümlədən kəndlərdəki tibb məntəqələrində də kadr qıtlığı hiss olunur. Agentlik rəhbəri bildirib ki, bu problemi həll etmək üçün bölgələrə işləməyə gələn həkimlər üçün stimullaşdarıcı tədbirlr nəzərdə tutulub: «Biz hazırda Səhiyyə nazirliyi ilə birlikdə mütəlif proqramlar fikirləşirik ki, həkimləri bu prosesə necə daha çox cəlb etmək olar. Bunun üçün onlara əlavə müəyyən paketlərin verilməsi, əmək haqında müəyyən fərqlərin olması ilə bağlı təklifləri müzakirə edirik».
 

Təkliflər arasında həftənin bir hissəsini rayona gedərək orada işləyən həkimlər üçün əlavə ödənişlərin verilməsi də var: «Bir həkimin müvəqqəti olaraq 3 gün regionda səfər edib işləməsi zamanı ona ezamiyyə pulu deyil, əmək haqqı da alması orada göstərilən xidmətə görə bonus və sair alaraq işləməsi ilə bağlı da üsullar fikirləşirik ki, əhaliyə daha rahat olsun. Yəni əhali müalicə üçün regiondan Bakıya gəlməsin, əksinə, həkimər burdan regionlara getsinlər».(FED)



Redaktorun seçimi