Həyat yoldaşı tərəfindən işgəncələrə məruz qalan qadın üç uşağıyla küçədə yaşayır

Hit: 191
Həyat yoldaşı tərəfindən işgəncələrə məruz qalan qadın üç uşağıyla küçədə yaşayır
Moderator.az xəbər verir ki, Türkiyədə Qaziantəp rayonunda üç uşaq anası Münəvvər Gümüş həyat yoldaşı tərəfindən işgəncələrə məruz qaldığı üçün küçədə yaşayır. 
 
M.Gümüş həyat yoldaşı Ümit Gümüşün hər gün içki içərək ona işgəncələr verdiyini bildirib. Bununla yanaşı, onu üç uşağıyla birlikdə küçəyə atdığını deyib. Gedəcək və qalacaq yeri olmayan qadın hazırda 11, 8 və 2 yaşlı üç uşağıyla aidiyyatı qurumlardan kömək istəyir. 
 
Olanları M.Gümüş belə nəql edib: “Həyat yoldaşım mənə hər dəfə işgəncələr verirdi. Bunun üçün sığınacağa getdim, amma bir müddət sonra orda da şərait yaxşı olmadığına görə çıxdım. Çox çətin vəziyyətdəyəm. Ölkə başçısından yaşamaq üçün bir ev istəyirəm. Allah xatirinə bizə kömək etsinlər. Elə bir qazanc yerim də yoxdur. Atamı və anamı da itirmişəm. Özüm şəkər xəstəsiyəm”. 








Redaktorun seçimi